Gün ərzində sədəqə verməyin ən fəzilətli vaxtları hansılardır?

    07.02.2026
Sual: 
Salam aleykum. Gün ərzində sədəqə vermək üçün ən yaxşı vaxtlar hansılardır? Səhər və axşam sədəqə vermək deyəndə fəcr və əsr namazı vaxtları sayılır? Necəki səhər və axşam zikrləri bu vaxtlarda edilir
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər" (əl-Bəqərə, 274). Ayədə "gecə və gündüz" deyildikdə gecənin və gündüzün xüsusi bir vaxtı deyil, istənilən vaxtı nəzərdə tutulur. İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə deyir:

"Bu ayə ilə Uca Allah mallarını Onun yolunda, Onun razılığını umaraq günün hər vaxtında, istər gecə, istərsə də gündüz və istənilən halda istər gizlində, istərsə də aşkarda xərcləyənləri tərifləyir. Hətta insanın öz ailəsinə xərclədiyi də bu hökmə daxildir. Necə ki, əl-Buxari və Muslimin "Səhih" əsərlərində rəvayət olunan hədisdə Peyğəmbər ﷺ Məkkənin fəth edildiyi il - bir rəvayətə görə isə vida həcci ilində - Sad ibn Əbu Vəqqas (Allah ondan razı olsun) xəstə ikən ona baş çəkməyə getdikdə ona belə demişdir: “Sən Allahın Üzünü di­lə­yə­rək xərclədiyin sədəqənin, hətta həyat yoldaşının ağzına qoyduğun lox­ma­ya görə belə (Allah qatında) dərəcən və hörmə­tin ar­ta­caq”. (Buxari, 1213, 1295, 5896). İmam Əhməd Əbu Məsuddan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: "Bir müsəl­man əvəzini Allahdan umaraq (malından) ailəsinə bir şey xərcləsə, bu onun üçün sədəqə sayılar”. (əl-Buxari “Ədəbul-Mufrad” 749; əl-Musnəd, 17178)". Həmçinin oxuyun:


Teqlər: 
Paylaş: