Allah və şeytan rəqibdir?

    08.04.2026
Kimdən: 
Toğrul
Sual: 
Allah və şeytan rəqibdir?
Cavab: 

Əssələmu aleykum. Uca Allaha heç kim və heç nə rəqib ola bilməz. Çünki Allahdan başqa nə varsa, hamısı Onun yaratdığı və quludur. Şeytan da Allahın yaratdığı bir məxluq və Allahın quludur. Odur ki Allah ilə şeytan heç vaxt rəqib ola bilməz. Allah Yaradan, şeytan isə sadəcə yaradılmış və zəif bir məxluqdur. Uca Allah şeytanı insanları imtahan etmək üçün yaratmış, ona vəsvəsə vermək, insanı günahlara şövq etmək kimi bir bacarıq vermişdir. Uca Allah bu xüsusda buyurur: "Ey Adəm oğulları! Şeytan, ata-ananızın (Adəm və Həvvanın) ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli, sizin onları görə bilmədiyiniz yerlərdən sizi görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik" (əl-Əraf, 27). İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə deyir:

"Uca Allah bu ayədə Adəm oğullarını İblis və onun nəslindən çəkindirir, İblisin bəşəriyyətin atası Adəmə olan düşmənçiliyini bəyan edir. Belə ki, İblis Adəmin (ona salam olsun) nemətlər yurdu olan Cənnətdən çıxıb yorğunluq və məşəqqətlər yurduna (dünyaya) enməsinə, habelə örtülü olan ayıb yerlərinin açılmasına səbəb olmuşdur və bu yalnız şiddətli bir düşmənçilikdən qaynaqlanırdı. Uca Allah başqa bir ayədə belə buyurur: Onlar sizin düşməni­niz olduğu halda, siz Mə­ni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz?! Za­lımlar üçün bu necə də yarıtmaz bir mü­badilədir!”  (“əl-Kəhf”, 50)". Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: