Tərcüməli kitabdan ərəbcə Quran oxuyanda mushaf oxumuş sayılır və hər hərfə on savab verilirmi?
Sual:
Əssalamualeykum. Sualım ondan ibarət idi ki, əgər əlimdə eyni ayə həm ərəbcə, həm də onun tərcuməsi (Azərbaycanca) olan bir kitab varsa, və mən də bu kitabdan ƏRƏBCƏ oxusam, mushaf oxumuş sayılıram? Yəni hər hərfə 10 savab düşürmü belə halda? Yoxsa mütləq təkcə ərəbcə yazılan kitabdan oxunulmalıdır? Allah sizdən razı olsun.
Cavab:
Və aleykum Salam. Qurani-Kərimi ərəbcə oxumaq, fərq etməz, istər təkcə ərəbcə mushafdan, istərsə də yanında mənaca tərcüməsi olan kitabdan olsun, yenə də Quran oxunuşu sayılır və hər hərfinə görə on savab yazılır. Əsas olan oxunanın Allahın Kəlamı olmasıdır. Tərcümənin yanında olması bu savabı aradan qaldırmır, əksinə, mənanı anlamağa kömək etdiyi üçün daha faydalıdır. Həmçinin oxuyun: