Quranı Azərbaycanca oxumaq ərəbcə oxumaq qədər savabdırmı?
Sual:
Salam aleykum ! Men guranin Azeri. dilinde menaca tercumesin 1 nece defe oxumusam , cume gunleri El kehf suresini ve axsamlar Al mulk suresini oxuyuram . Ereb dilinde oxumag naliyyetin hele elde ede bilmemisem .
Surelerin tercumesini oxumag onlarin bize ved olunan savabini azaltmirki ?
Birde sizden xahis edirem , mumkunse Muhammed SAS . In heyat terzin azeri dilinde" SIRA" ni haradan tapib almag olar ? Mumkunse website- la olsun .
Allah sizden razi olsun !!!
Salam aleykum va rahmatullahi va barakatu !
Cavab:
Və aleykum Salam. Qurani Kərimin mənaca tərcüməsini oxuyaraq Uca Allahın elmi ilə tanış olmaq savab əməllərdəndir və imanın artmasına səbəbdir. Amma hər hərfə görə 10 savab qazanmaq ərəbcə oxumağa aiddir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Quran oxuyun! Həqiqətən, siz ona görə mükafat alacaqsınız. Hər hərfə görə on savab vardır. Mən demirəm ki, "əlif, ləm, mim" bir hərfdir, lakin "əlif" on, "ləm" on, "mim" on, bunların hamısı isə otuz savabdır". (Tarixu Bağdad, 1/286). Deyilir ki "əlif, ləm, mim", yəni nazil olduğu kimi ərəb dilində. Ərəbcə Quran oxumağı öyrənmək üçün nəyisə əldə etmək və ya gözləmək lazım deyil. Ölüm gəlməzdən öncə çoxlu savab əldə etməyə, xeyirli əməllərə tələsmək lazımdır. Daha ətraflı: Quran və təcvid əhkamları