Sidikdən sonra tam təmizlənib-təmizlənmədiyimə dair şübhələrim var, belə halda necə davranmalıyam?
Sual:
Salam Aleykum vereceyim sual meni cox marahat edir,bilmirem vesvesedir yoxsa nece?Istibranin duzgun qaydasi nece olmalidir?Men her defe ayaq yolunda temizlenerken 3,5 hetda 8,10deqiqelere kimi orada gozlemeli oluram,sonra bunu biraz aradan qaldirdim indi daha tez temizlenib cixiram lakin indide tam temizlendim mi suali qalir aglimda.Temizlenib cixdiqdan sonra biraz hereket edirem sanki aglima gelirki damci geldi paltar necis oldu ve bu sual meni narahat edir.Bezen ele olurki yeniden ayaq yoluna qaydiram ve baxiram ki üzvü sixdiqca ve ya sirkeledikce damci gelir.Destemaz almaq ucun bir nece deq gozleyirem.bildirimki hec bir xestelik yoxdu tebii olaraq sidik damcilaridir bunj etarfli izah etse
Cavab:
Və aleykum Salam. İstibra, sadə şəkildə edilir: sidikdən sonra adi təmizlənmək kifayətdir, uzun müddət gözləmək və həddindən artıq yoxlamaq tələb olunmur. Bu cür uzun-uzadı gözləmək və daim şübhəyə düşmək vəsvəsə sayılır və şeytanın insana çətinlik yaratmaq istəməsidir. Əsas qayda budur ki, yəqinlik şübhə ilə pozulmur. Yəni təmizləndiyini bilən insan, sonradan gələn şübhələrə əhəmiyyət verməməlidir. Bu məsələdə orta yolu tutmaq, özünü yormamaq və şübhələri tərk etmək lazımdır, çünki din asanlıq üzərində qurulmuşdur. Həmçinin oxuyun: