Uca Allah namazda yalnız Onu anmağı buyurulduğu halda, təşəhhüd və salavatda Peyğəmbərin ﷺ adının çəkilməsi necə başa düşülməlidir?
Və aleykum Salam. Namaz yalnız Allah üçün qılınır və ibadət yalnız Ona edilir, lakin namazın içində Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat gətirmək Allahın Özünün buyurduğu bir əmrdir. Təşəhhüddə və salavatlarda Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) adının çəkilməsi Allahın əmrinə itaət etməkdir. Uca Allah bizə ibadətlərimizdə Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) tabe olub, onu özümüzə nümunə götürməyi əmr edərək buyurur: "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir" (əl-Əhzab, 26). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Məni necə namaz qılan görürsünüzsə, siz də o cür namaz qılın!” (əl-Buxari, 6008; Muslim, 624). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özü səhabələrə təşəhhüdü və salavatı öyrətmiş, onlar da bunu namazda oxumuşlar. Buna görə namazda Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) adının çəkilməsi sünnəyə uyğun bir əməldir. Uca Allah ibadəti iki şərtlə qəbul edir; birinci yalnız Allah üçün edilməli, ikinci isə Onun Elçisinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) etdiyi kimi yerinə yetirilməlidir. Həmçinin oxuyun: