İnsanlar tərəfindən qəbul olunmamaq və ayrı-seçkiliklə qarşılaşmaq barədə İslam dini nə deyir?
Və aleykum Salam. İnsanların bir şəxsi qəbul etməməsi və ya bəzilərinin ona qarşı soyuq davranması, o şəxsin Allah qatında dəyərsiz olması mənasına gəlmir. Mömin şəxs insanların tərifi və ya qınaması ilə deyil, haqq üzərində olub-olmaması ilə özünü ölçməlidir. Peyğəmbərlər və saleh insanlar da insanların əziyyətinə, istehzasına və uzaqlaşdırılmasına səbir etmişlər. Əgər insan dinində düzgün, əxlaqında gözəldirsə, insanlara zülm etmirsə, o zaman insanların münasibətinə görə qəlbini üzməməlidir. Mömin qəlbini Allaha bağlayar, Ondan kömək istəyər və insanların deyil, Allahın razılığını əsas tutar. Peyğəmbər ﷺ buyurmuşdur: "Kim insanların qəzəbinə baxmayaraq Allahın razılığını axtararsa, Allah ondan razı qalar və insanların da qəlbini ona qarşı yumşaldar. Kim də Allahın qəzəbinə səbəb olacaq şəkildə insanların razılığını axtararsa, Allah ona qəzəblənər və insanları da ona qarşı qəzəbli edər" (ət-Tirmizi, 2414). Həmçinin oxuyun: