"Allahın Əli" dedikdə "qüvvət" nəzərdə tutulurmu?
Və aleykum Salam. əz-Zəriyat surəsinin 47-ci ayəsində keçən بِأَيْدٍ "biəydin" sözü ərəb dilində أَيَّدَ "gücləndirmək, qüvvətləndirmək" mənasını verən "əyyədə" feilinin məsdəridir. أَيْدٌ "əydun" sözünün mənası "qüvvət, qüdrət" deməkdir. Necə ki eyni söz başqa bir ayədə "qüdrətli" mənasında keçir. Uca Allah buyurur: "Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal!" (Sad, 17). Başqa bir ayədə أَيَّدَ "əyyədə" (gücləndirmək, qüvvətləndirmək) feili eyni mənada keçir: "...sizi Öz köməyi ilə qüvvətləndirdi..." (əl-Ənfal, 26).
Uca Allahın Əli keçən ayələrdə isə يَدٌ "yəd" sözü keçir. "Əl" sözünün cəmi olan الأَيْدِي "əl-əydi" sözü "qüvvət" mənasını verən أَيْدٌ "əydun" sözünə zahirən oxşasa da onların kökləri və mənaları təmamilə başqadır. Ola bilsin siz bu sözləri zahirən bir-birlərinə bənzətdiyiniz üçün elə başa düşmüsünüz ki əz-Zəriyat surəsinin 47-ci ayəsində də "əl" sözünün cəmi keçir. Həmçinin oxuyun:
"Allahın Əli onların əllərinin üstündədir" ayəsini necə başa düşək?