"Allahın Əli onların əllərinin üstündədir" ayəsini necə başa düşək?
Sual:
Salam qardaş, Allahın əli onların əlinin üzərindədir fəth surəsi 10-cu ayəni necə başa düşməliyik ? Burda həqiqətən Allahın zatı əli ilə deyildə (Allahın əli olduğunu bilirəm), onlarla bərabər olduğunu, onlara yardım edəcəyini qəsd etməsi kimi başa düşməliyik ?
Cavab:
Və aleykum Salam. Uca Allah əl-Fəth surəsi 10-cu ayədə belə buyurur: "Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah ona böyük mükafat verər". Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayəni təfsir edərək deyir: "Allahın Əli onların əllərinin üstündədir", yəni Allah onlarla birlikdədir, onların sözlərini eşidir, yerlərini görür və həm qəlblərində olanı, həm də zahirində olanları bilir. Beləliklə, Öz Elçisi (sallallahu aleyhi və səlləm) vasitəsilə beyət edilən Onun Özüdür". Həmçinin oxuyun: