UFC (qaydasız döyüş) tədbirində könüllü kimi işləmək olarmı?

    03.06.2026
Sual: 
Əs Sələmu Aleykum. UFC tədbiri keçən ildəki kimi bu il də Bakıda keçiriləcək, orada volunteer ( könüllü) kimi iştirak etmək olar? Bildiyim qədər biletləri yoxlayıb içəri buraxmaq, biletlərdə olan oturacaq yerlərini göstərmək, oradakı yeməkxanada işləmək və s. olacaq. Bu gələcək üçün təcrübədir və s. başqa faydaları var, özüm də idmançıyam. Allah razı olsun
Cavab: 

Və aleykum Salam. UFC idman növü şəriətin qadağan etdiyi bir idman növüdür. Bunun səbəbi bu yarışlarda üzə qəsdən zərbələrin vurulması, ciddi bədən xəsarətlərinin ehtimalı və insanın özünə və başqasına zərər verməsidir. Peyğəmbər ﷺ üzə vurmağı qadağan etmişdir. Buna görə də UFC və oxşar döyüş növlərində iştirak etmək və onlara yardım etməkdən çəkinmək lazımdır. Uca Allah buyurur: "...Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Maidə, 2). Həmçinin oxuyun:

Döyüş növlərindən hansılar haramdır?

Qaydasız döyüşün haram olmasını başqasına necə izah etmək olar?

Teqlər: 
Paylaş: