Döyüş növlərindən hansılar haramdır?

    06.04.2015
Kimdən: 
??????
Sual: 
salam aleykum.saqqiz ,qizla el ile goruwmek destemazi pozurmu?doyuw novlerinden hansi haramdir ve varsa neye gore haramdir?
Cavab: 

Aleykum salam.

  1. Saqqız çeynəmək və naməhrəmlə görüşmək dəstəmazı pozmur. Amma naməhrəmlə əl-ələ görüşmək günahdır. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
  2. İslamda insanın öz bədənini möhkəmlətməsi, sağlamlığının qeydinə qalmasına gözəl baxılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) və səhabələri at sürmək, üzgüçülük, qaçış, atıcılıq, qılınc oynatma, güləş və digər idman növləri ilə məşğul olmuşlar. Döyüş növlərinin halal olması üçün bu şərtlər ödənməlidir.
    • Həyat üçün böyük təhlükə olmamalıdır. Uca Allah buyurur: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir". (əl-Bəqərə, 195).
    • Bədənə həddən artıq əziyyət olmamalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bədəninizin sizin üzərində haqqı var". (əl- Buxari "Sovm", 1839).  
    • Üzə vurmaq olmamalıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Döyüşərkən üzə vurmaqdan çəkinin". (əl-Buxari "Fəth", 5/215)

Həmçinin oxuyun:
Peyğəmbərimiz hansı oyun və əyləncələrə icazə vermişdir?
Boksla məşğul olmaq olarmı?
Bodibildinqlə məşğul olmaq olarmı?

Teqlər: 
Paylaş: