Səssiz namazları özüm eşidəcək qədər oxumağım doğrudurmu?
Sual:
Salam Aleykum. Sessiz namazda ozum esitsem olarmi?
Cavab:
Və aleykum Salam. Səssiz namazlarda qiraəti (oxunuşu) özünüz eşidəcək qədər oxumağınız kifayətdir. Əsas odur ki, hərfləri diliniz və dodaqlarınızla tələffüz edəsiniz, sadəcə qəlbdən keçirmək qiraət sayılmır. Əgər maneə yoxdursa, özünüzün eşidə biləcəyiniz qədər səslə oxumaq müstəhəbdir. Lakin ətrafdakı səs-küy və ya eşitməyə mane olan bir səbəb varsa, mühüm olan qiraətin həqiqi şəkildə tələffüz edilməsidir. Həmçinin bu cavabları oxuyun: