Bütün namazları səsli qılmaq olarmı?

    10.11.2021
Kimdən: 
Məhəmməd
Sual: 
Salam Aleykum. Qurani kerimde el isra suresinde Allah deyir ki Namazi ya yuksek sesle ya da cox asagi sesle qilmayin.onlarin arasinda ortaq ses tutun ve ele qilin.yeni Qurana gore biz namazi orta sesle qilmaliyiq. Amma Peygember s.a.s in hedisinde Peygember gunorta ve esr namazlarini sessiz qilmagi emr edib. Yeni nece olur Allah sesli qilmagi Peygember sessiz qilmagi emr edir. Duzdur bilirik ki hemin dovrde kafirlere gore sessiz qilinib.amma olmazki indi biz rahat sesli qilaq ? Onceden tesekkurler
Cavab: 
Aleykum salam. Uca Allah əl-İsra surəsinin 110-cu ayəsində buyurur: "Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut". Bu ayənin açıqlaması və nazil olma səbəbi barədə ətraflı oxuyun: Quranda namazların səsli və ya səssiz qılınması barədə ayə varmı?


Uca Allah bizə Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) tabe olmağı, onu hər şeydə özümüzə örnək götürməyi əmr edərək buyurur: "Həqiqətən, Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir" (əl-Əhzab, 21). Hal-hazırda bizim zöhr və əsr namazlarını səssiz, digər üç namazı isə səsli qılmağımız Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) tabe olmaqdan irəli gəlir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun): "Namazı mənim qıldığım kimi qılın!"- demişdir. (əl-Buxari). Odur ki səssiz namazları səsli qılmaq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsinə uyğun deyil. Həmçinin bu cavabları oxuyun:  Quranda namazı orta səslə qılmaq əmr olunur, bəs nə üçün bəzi namazları uca səslə qılırıq?

Teqlər: 
Paylaş: