Oruclu halda dənizə getmək və nəm salfetlə əli silmək haqda

    28.06.2014
Sual: 
Assalamu aleykum necesiz? size bir iki sualim olacaq.1.Oruclu halda denize getmey olar ya yox bas suya girmemey serti ile girmey olar? 2.biz iwde komputeri nem salfekalari ile ekrani temizleyirik tebiki elimize deyir amma terkibini bilmirik belkede spirtlidir oo o halda destamaz pozulur ve yaxud elimizi o salfetnen silsey?
Cavab: 

Aleykum salam. Əlhəmdulilləh, Yaxşıyıq. 
1) Oruclu halda çimmək və ya başı suya tam olaraq salmaq orucu pozmur. Çünki şəriətdə orucu pozan amillər sırasında qeyd etdiyiniz hal göstərilməyib. Orucu pozan amillərlə bağlı daha ətraflı "Ramazan orucu" məqaləsini oxuya bilərsiniz.
2) Spirtli şeylə əli silmək də dəstəmazı pozmur, çünki bu hal da dəstəmazı pozan amillər içərisində yoxdur:  Dəstəmazı pozan amillər

Paylaş: