Valideynlərim deyir ki, namaza başlasan sübhə dura bilməyəcəksən. Mən nə edə bilərəm?
Sual:
salam menim 16 yasim var namaz qilmaq cox isteyerem ancaq valideyinlerim icaze vermir ki sen seher sub tezden oyana bilmezsen teze baslasam gunde bir defe ede bilerem ?nece mene komek ede bilersiz etrafli saq olun
Cavab:
Aleykum salam. Hətta siz sübh namazlarına dura bilməsəniz belə inşallah namaz qılmağa başlayın. Nə vaxt yuxudan dursanız sübhün qəzasını həmin vaxtı qılarsız. Əsas odur ki, başlayasız. Həm də inşallah, zaman keçdikcə siz sübh namazına da vaxtında rahat şəkildə durarsınız və valideynləriniz də artıq buna görə narahat olmazlar. Namaz qılmağın qaydasını NAMAZ səhifəsindəki videoya baxaraq öyrənə bilərsiniz.