Sübh namazından sonra digər qəza namazlarını qılmaq olarmı?

    05.07.2014
Kimdən: 
Rauf
Sual: 
salam aleykum.sübh namazını qılandan sonra başqa qəza namazlari(məsələn, zöhr namazı) qılmaq olar
Cavab: 

Aleykum salam. Huşu itirmək, yuxuya getmək, unutmaq və s. buna bənzər üzrlü səbəblərdən dolayı vaxtında qılınmayan namazlar, səbəb aradan qalxdıqda vaxt keçirmədən dərhal qılınmalıdır. Həmçinin sübhə duranda və ya sübhdən sonra günəş çıxdıqdan sonra qıla bilərsiniz. Yuxu və unutqanlıq kimi üzrlü səbəbdən namazı qılmayan möminlər, inşallah, günah işləmiş olmaz. Çünki Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) yatıb qaldıqlarına görə namazı qıla bilməməkdən şikayətlənənlərə belə buyurmuşdur: "Yuxu laqeydlik deyildir. Laqeydlik ancaq oyaq vaxtlara aiddir. Kim unutduğu və ya yatıb qaldığı üçün namazını keçirsə, yadına düşən kimi qılsın". (Səhih Muslim).
Ancaq səhlənkarlıq ucbatından edilən qəzalar qılınmır. Onlara sadəcə kamil şəkildə tövbə etmək lazımdır. Həmçinin oxuyun: Qəza namazları neçə rükət və nə vaxt qılınır?

Teqlər: 
Paylaş: