Övladlarımızı namaza necə həvəsləndirək?

    11.07.2014
Sual: 
Ovladlarimizi namaza nece heveslendirek?
Cavab: 

Aleykum salam. Ailədə atanın rolu himayəçi, qəyyum, qayğıkeşdir və ata öz əhli-əyalına görə cavabdehlik daşıyır, necə ki, bu barədə Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) buyurmuşdur. Bunları əsas götürərək, ata öz övladlarına tərbiyə verməli və Allahın buyurduğu fərz ibadətləri yerinə yetirmək və qadağan etdiklərindən çəkinmək üçün onlara dini öyrətməlidir. Bura aiddir: övladlar yeddi yaşına çatdıqda onlara namaz qılmağı öyrətmək. Çünki bu barədə hədis rəvayət olunub. Əmr ibn Şueybin atasından, atası isə babasından onun belə söylədiyini rəvayət edir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Dəvud, 495).
Bununla belə, ata kiçik övladlarına namaz qılmağı öyrədərkən onlara qarşı xoş, yumşaq davranmalı və ibadətləri yerinə yetirmək üçün onları tərifləyərək buna təşviq etməli və bu ibadətlərə alışmaları və ibadətə qarşı sevgi oyanması üçün onlara hədiyyə və mükafat verməlidir. Ümumiyyətlə uşaqların namaz qılmağa həvəsləndirilməsi üçün bir neçə dini və tərbiyəvi üsul vardır: Məsələn, Valideynin özünün evdə namaza böyük əhəmiyyət verməsi, namazı əvvəl vaxtda qılmaq, təmiz, səliqəli və gözəl paltarla namaz qılmaq və s. Uşaq başqalarının namazına mane olmayacaq yaşa çatdıqda, onu məscidə aparmaq. Namazın faydalarını və təsirini uşaqlarınıza danışmaq. Uşaqlara mömin camaatı, Quran qarilərini, hafizlərini və namaz qılanları nümunə göstərmək. Uşağın namaz qıldığı halda arzuladıqları şeyləri (təbii ki, haramlar istisna olmaqla) həyata keçirtmək, uşağı bir növ həvəsləndirmək. Uşaqların namaz qılan yaşıdları ilə dost olması. Elə etmək lazımdır ki, ona "namaz qıl" deyildikdə, yaxşı işə dəvət olunduğunu başa düşsün. Həmçinin oxuyun: Nə edim ki, övladım əməli salehlərdən olsun?

Teqlər: 
Paylaş: