Tez-tez qüsl ala bilməyəndə nə etmək lazımdır?

    12.07.2014
Kimdən: 
ADEM
Sual: 
salam aleliyem dindaram ama tez tez qusul vere bilmirem men ne etmeliyem?
Cavab: 

Aleykum salam. Əgər həqiqətən qüsl almağa mane olacaq ciddi və zəruri səbəbləriniz varsa, o zaman problem və səbəb aradan qalxana qədər qüsl əvəzinə torpaqla təyəmmüm edə bilərsiniz. Allah Təala buyurur: "(Yaxınlıq edib) natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 6).
Əgər qüsl almağa heç bir maneə və çətinlik yoxdursa, bu zaman qüsl almaq vacibdir. Təyəmmüm etmək isə yalnız xəstəlik təhlükəsi, soyuq hava şəraiti, su tapmadıqda və ya buna bənzər hallarda icazəlidir. Həmçinin bunu oxuyun: "Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?"
 

Paylaş: