Qadınla kişinin namazı arasında fərq varmı və fərz namazlarında hansı surələr oxunur?

    13.07.2014
Kimdən: 
m
Sual: 
salam aleykum.Qadinla kiwinin qildigi namaz arasinda ferq varmi?ve zohr,megrib,isa,sam namazlarnda hansi sureler oxunur?
Cavab: 

Aleykum salam. Qadınla kişinin qıldığı namaz formasında elə də ciddi fərq yoxdur, çünki Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) ümumi olaraq hamı üçün buyurub ki, "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).
Gündəlik fərz namazlarında əl-Fatihə surəsindən sonra əzbər bildiyiniz istənilən surəni və ya surənin bir hissəsini oxuya bilərsiniz. Əgər yalnız bir surə bilirsinizsə, bu surəni daim oxuya bilərsiniz. Yox əgər bir neçə surə əzbər bilirsinizsə, bu zaman hər dəfə birini oxuya bilərsiniz: "...Elə isə (namaz qılarkən) Qurandan (sizə) asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun!" (əl-Muzzəmmil, 20).

Paylaş: