Sünni və şiə nədir və valideynə narazılıq haqda

    12.07.2014
Kimdən: 
gul
Sual: 
salam .mene maraqlidi suni sie sohbetin menbeyi haradan ve kim terefinden yaradilib.birde anamla tez tez mubahisemiz olur ona cox eseblesirem ondan cox inciyirem .is gormediyim ucun menim cox qelbime deyib ne qeder is etsemde onun ucun bosdur.bacardigim qeder sebr edib qaciram ancaq herden ele hedde olurki ona nifret edirem.tez dusunurem ki seytan aramizi vurur bele etme.yenede ona haqq qazandira bilmirem,sizce men ne edim?tesekkurler.
Cavab: 

Aleykum salam.
1) Bu cavabı oxuyun: Şiə və sünni nədir və bunların hansı düzgündür?
2)
Savabını Allahdan istəyərək səbr edin və ananızla gözəl rəftar edin. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24). 
Həmçinin oxuyun:
Ata-ananı incitmək günah sayılırmı və hansının haqqı daha böyükdür?
Valideynlərlə münasibət haqqında
Böyüklər xətrimə dəyəndə özümü necə aparım ki, Allah məndən razı qalsın?

Teqlər: 
Paylaş: