Vitr namazı ilə axşam namazının arasında fərq varmı?
Sual:
salam Aleykum. 3 ruketli vitr namazinin qilinmasi ile axsam namazinin qilinmasi arasinda hansi ferq var? Yeni onlarin qilinma seklindeki ferq nedir?
Cavab:
Aleykum salam. Əgər axşam namazı dedikdə məğrib namazını nəzərdə tutursunuzsa, bəli, fərq var. Məğrib namazı üç rükət qılınır, vitr isə bir rükət qılınır. Bəzi rəvayətlərə görə vitri birbaşa üç rükətdə qılmaq olur. Burada da yenə məğribdən fərq ondadır ki, ikinci rükətdə təşəhhüdə oturmadan və birbaşa üçüncü rükətə qalxırıq. Həmçinin vitr namazında qunut duaları deyilir. Daha ətraflı: Vitr namazı necə qılınır?