Heyz qurtarandan sonra kiçik qan ləkəsi gəlibsə oruc tutmaq olar?
Sual:
Salam aleykum qardaş sualım var.1. bacı adəti uzrə10 gün heyz olur 7ci gun oyanıb sahurda görüb qan kəsilib həmən gun oruc tutub orucu səhihdir ya yox.2.səgizinci gun durub sahura sahur edəndən sonra bir damci qan ləkəsi dəyib və həmin gun qan gəlməyib o, oruc duzdur ya yox.3. yoxsa 10 gunu gozləməliyəm xahiş edirəm tez cavablandırasız cunki bilmirəm nə edim
Cavab:
Aleykum salam. Qan gəlməsi kəslibsə, demək heyz bitmişdir və inşallah, orucu səhihdir. Əgər növbəti gün durub kiçik qan ləkəsi görübsə və həmin gün daha sonra qan gəlməyibsə, bu adi bir haldır və orucunu tutmaqda davam etməlidir. Həmçinin oxuyun: Qızdan adi bir ləkə də gəlsə qüsl almaq lazımdır?