Qüsl olmadan oruc tutmaq və digər suallar
Sual:
salam menim size birnece sualim var.1bilmek isteyiremki cinsi elaqeden sonra qusl ala bilmesem seher oruc tuta bilerem sonra seher qusl ala bilerem.2men qapali yerde qalanda agzimda tupurcek cox gelir esasen hamamda ve yaxud tuvaletde NEFES ALA BILMIREM TUPURCEYI YERE TUPURUREM.bilek isteyirem gunahdir tuvalete hamama tupurmey ozumde orucam.3bu gece qedr gecesidi men bu gece namaz qilsam allah namazimi qubul edir cunki oruc tuturam namaz qilmiram amma qedr gecelerinde oyaq qalib namaz qilmaq isteyirem.4destemaz almadan oruc tutmaq ve iftar acmaq olarmi.cavabinizi sebirsizlikle gozleyirem.eger size eziyyet veriremse haqqinizi halal edin.
Cavab:
Aleykum salam.
1) Cinsi əlaqədən sonra qüsl ala bilməsəniz sahura durub oruc tuta bilərsiniz. Qüsul olmadan oruc tutmaq olar, amma namaz qılmaq üçün qüsul vacibdir.
2) Ayaqyoluna tüpürmək olar, amma oruc pozulmasından qorxaraq tüpürürsünüzsə, buna ehtiyac yoxdur. Tüpürcəyi və ya bəlğəmi udmaq orucu pozmur. Daha ətraflı:
Orucu pozan amillərlə bağlı dəqiq və ətraflı məlumat verə bilərsinizmi?
3) Qədr gecəsində namaz qıla bilərsiniz. Həmçinin Allaha dua edin ki, tezliklə sizi hər gün namaz qılmağa müvəffəq etsin.
4) Dəstəmaz da qüsl kimi, namaz qılmaq üçün vacibdir, oruc üçün isə yox.