Bilmədən nəcisli halda namaz qılınsa, namaz qəbuldurmu?

    26.07.2014
Sual: 
bilmeden necizli halda namaz qilinisa namaz qebuldumu
Cavab: 

Aleykum salam. Əgər bu hal namazın vaxtı çıxmadan yada düşübsə, onda təmizlənib namazını yenidən qılması daha yaxşıdır. Əgər növbəti namazın vaxtı girəndən sonra xatırlayıbsa, Allahın izni ilə namazı səhihdir, çünki o bunu bilmədən edib. Dinimizə görə isə bilmədən edilən xətalar üzürlü sayılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
 

Paylaş: