Oruc, bayram namazı, qədr gecəsi və hicabla bağlı sual

    31.07.2014
Sual: 
Salam aleykum.Sizi qabaqdan gelen Fitr bayrami,muselmanar mubarek bayrami munasibetile tebrik edirem.Allah tutduqunuz oruclari qebul etsin.Sualim odur ki, fitr bayrami eger iyulun 29-u dursa saat 10.00'a qeder oruclu olub,sonra bayram namazini qilmaq lazimdir?Bes bayram namazi nece qilinir?Men bir gece qedr gecesinin quslunu aldim,lakin seherecan qala biledim.Imtahandan gelen gun idi.Isteyirdim 2 saat yatim sonra durum,amma o qeder yorqun olmusham ki,dura bilmedim.Bu gunahdirmi? Birde ailem hicab baqlamaqima icaze vermir,men ne edim?Men chox sebr etdim,Allaha dua etdim,amma onlarin qelbleri yumshalmadi
Cavab: 

Hicab bağlamaq Uca Allahın əmridir və əmrə tabe olmamaq asilik sayılır. Peyğəmbər (salallahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışlara) tabe olmaq olmaz". Amma Rəbbimiz bizə valideynlərlə də gözəl davranmağı buyurmuşdur: "Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm". (Loğman, 14-15)
Ona görə də, siz Uca Allahdan kömək istəyərək yavaş-yavaş və fitnə çıxarmadan bu məsələnin həllinə nail olmağa çalışmalısınız. Məsələn, hicab geyinib onu qorumağa çalışmaq, onu açmaq istəyənlərə bunun böyük günah olduğunu gözəl tərzdə izah etmək. Allah kömək olsun.

Paylaş: