Nəyə görə sələfilər saqqal saxlayıb bığlarını qırxır və şalvarlarının balağı topuqdan yuxarı olur?

    05.08.2014
Sual: 
Niye selefiler saqqal saxlayib biqlarini qirxirlar?salvarlarinin eteyi topuqdan yuxari olur?
Cavab: 
Salam aleykum. İlk öncə siz sələfilik haqqında bu cavabı oxuyun: Sələfilik nədir və sələfilər kimə deyirlər?
Daha sonra unutmayaq ki, saqqal saxlamaq, bığları və şalvarın ətəyini gödəltmək Allah Rəsulunun müsəlmanlara əmridir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) müsəlman kişilərə saqqal saxlamağı buyuraraq belə demişdir: "Bığlarınızı qısaldın və saqqalınızı uzadın". (Muslim, 260). Həmçinin buyurur: “Müşriklərə müxalif olun – bığları qısaldın və saqqal buraxın!” (Muslim, 602).
Hər bir müsəlman Uca Allahın buyurduqlarını yerinə yetirməyə və Onun qadağan etdiyi şeyləri də tərk etməyə çalışmalıdır. Saqqal saxlamaq da bu əmrlərdən biri hesab olunur. Ona görə də saqqalı üzrlü səbəb olmadan qırxmaq günahdır. Axirət günü hər kəs Allah qarşısında etdikləri əməllərə görə sorğu-sual olunacaqdır.
Şalvarın balağını qısaltmaq da Peyğəmbərin sünnəsindəndir. Belə ki, Peyğəmbər (ona və ailəsinə Allahaın salavatı və salamı olsun) buyurur: “Suleym ibn Cabir əl-Huceymi demişdir: “Mən Peyğəmbərin salləllahu aleyhi və səlləm yanına gəldim. O, bir paltarın içində dizlərini qatlayıb baldır­larını bir-birinə keçirərək oturmuşdu. Paltarın ətəyi onun ayaqlarının üstün­­də idi. Mən dedim: “Ey Allahın Elçisi! Mənə nəsihət et!” Peyğəmbər salləllahu aleyhi və səlləm dedi: “Allahdan qorx, yaxşı işləri heç vaxt dəyərsiz hesab etmə, hətta su istəyən kimsənin qabına öz qabından su töksən belə və yaxud gülərüzlü halda qardaşınla söhbət etsən belə. Paltarının ətəyini (topuqdan aşağı) uzatmaqdan çəkin. Çünki bu, təkəbbürlükdəndir və Allah bunu sevmir. Əgər bir adam səndə olan nöqsanı bilib sənə eyib tutarsa, sən onda olan nöqsanı bildiyin halda ona eyib tutma. Burax onu, qoy günahı öz boynuna olsun, savab isə sənə qalsın. Onu söymə!” Mən o vaxtdan bəri nə bir heyvanı, nə də bir insanı söymədim”. (əl-Buxari “Ədəbul-Mufrad” 1182). Digər rəvayətdə isə buyurur: “Paltarın topuqdan aşa­ğı düşən hissəsinə (görə bu topuqlar) Cəhənnəm odunda yanacaqdır". (əl-Buxari, 5787). Bu mövzuda hədislər olduqca çoxdur. Uzun olmsın deyə biz ikisini qeyd etdik. Daha ətraflı:
Şəriətə görə saqqal saxlamaq vacibdirmi?
Üzü ülgüclə qırxmaq haramdır?
Teqlər: 
Paylaş: