Neçə il qəza namazlarım var

    27.12.2013
Sual: 
Salam aleykum. Men qadinam namaz qiliram ve 26 yashim var. Menim neche il qeza namazlarim var? Nezir qurbani kesende hansi dua oxunur? Sag olun!
Cavab: 

Aleykum salam. İslamda keçmiş illərin qəza namazları anlayışı yoxdur. Namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Əgər vaxtilə buraxdığınız namazlar olubsa, buna görə Uca Allahdan bağışlanma diləyin və çalışın namazlarınızı qoruyasınız. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).

Teqlər: 
Paylaş: