Abort etmək olarmı və bəzi insanlar Ömər ibn Xattab haqqında niyə pis fikirdədirlər?

    06.08.2014
Kimdən: 
zuleyxa
Sual: 
salam aleykum.menim size 2 sualim olacaq.ikisini de cavablandirsaz cox sevinerem. menim 1 tanisim hamiledi ve usagi aldirmaq isteyir.men ona bunun gunah oldugunu soylediyimde 4 hefteye qeder aldirmaq gunah deyil dedi.bu dogrudur mu? birde bezi insanlar Hz.Omer haqqinda niye pis fikirdediler ? menim bildiyim qeder o pis insan olmayib hetda dunyadayken cennetle mujdelenen 10 neferden biri olub.suallarimi cavablandirsaz cox sevinerem. evvelceden ALLAH razi olsun.Allaha emanet olun
Cavab: 

Aleykum salam. Əgər qadın uşağı dünyaya gətirə bilməzsə və onun sağlamlığı üçün təhlükə yaranarsa, abort etməyə icazə verilir. Digər vaxtlarda isə heç bir halda abort etməyə icazə verilmir. Həmçinin ana bətninə uşaq düşən gündən etibarən heç bir zəruri, istisna hal olmadan uşağı aldırmaq olmaz.
Daha ətraflı: Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?
Dediyiniz kimi Ömər ibn Xattab (Allah ondan razı olsun) yaxşı insan olub və sağlığında Cənnətlə müjdələnən 10 səhabədən (Allah onlardan razı olsun) biri olub. O pis fikirdə olan insanlar nəinki, təkcə Ömər haqda, onlar əksər səhabələr barədə pis zəndədirlər. Odur ki, əgər onları tanıyırsınızsa, yaxşı olar ki, "siz bir çox səhabələr barədə niyə pis fikirdəsiniz?" deyərək bu sualı onlara ünvanlayasınız. Ömər İbn Xəttab haqqında ətraflı məlumat almaq üçün "Ömər ibn Xəttab" adlı məqaləni oxuya bilərsiniz. 

Paylaş: