Araqla hər hansı bir əşyanı təmizləmək və üzqırxan maşınla saqqalı azaltmaq barədə

    06.08.2014
Sual: 
Salam aleykum. 1) Namaz qilan insan aragi pambiga isladib spirt kimi her hansi bir seyi temizlemek ucun istifade ede bilermi? 2) Insan uzundeki tuku ulguc vurmayib masinka ile azalda bilermi? Yeni masinka ile saqqali azaltmaq haramdirmi? ALLAH razi olsun.Salam aleykum.
Cavab: 

Aleykum salam.
1) Spirtli içkilərdən təmizləyici vasitə kimi istifadə etmək olar. Bununla bağlı heç bir qadağa bildirilməmişdir.
2) Dinimizə görə saqqala əl vurmadan (tam qırxmadan və qısaltmadan) saxlamaq vacibdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) müsəlman kişilərə saqqal saxlamağı buyuraraq belə demişdir: "Bığlarınızı qısaldın və saqqalınızı uzadın". (Muslim: "Səhih", 260; Əhməd, "Mushəd", 2/366).
Hər bir müsəlman Uca Allahın buyurduqlarını yerinə yetirməyə və Onun qadağan etdiyi şeyləri də tərk etməyə çalışmalıdır. Saqqal saxlamaq da bu əmrlərdən biri hesab olunur. Ona görə də saqqalı üzrlü səbəb olmadan qırxmaq və qeyd etdiyiniz müxtəlif vasitələlər qısaltmaq günahdır. Daha ətraflı:
Şəriətə görə saqqal saxlamaq vacibdirmi?
Üzü ülgüclə qırxmaq haramdır?

Paylaş: