Hamilə qadının duası tez qəbul olurmu və ölü üçün "Ya sin" oxutmaq olarmı?

    27.08.2014
Sual: 
Salam..Hamile qadinin duasi tez qebul olunur deyirler bu duzdu???Birdeki men biliremki Yasin suresini oluye oxumaq olmazz.AMa anam.deyir ki men halalliq vermiyecem men rehmete gedende Yasin oxutmasaz..Men neyniye bilerem bawqa bawa saliram anam yenede oz bildiyinde qalir deyirki o vaxti hami oxuyubdu INdiki mollalar.ozunden cixarir o sozleri kecmiwden bu yana oxuyurlar
Cavab: 

Aleykum salam. Ümumiyyətlə Uca Allah günah olmayan bütün duaları istənilən şəxsdən qəbul edir. Amma xüsusi olaraq hamilə qadının duasının tez qəbul olması haqda şəriətdə heç bir məlumat verilmir. Daha ətraflı: Duanın qəbul olan vaxtları və məqamları hansılardır? 
Bu məsələdə ananızın halallıq verib-verməməsi önəmli deyildir. Çünki ölü üçün Quran oxumaq dində buyurulmayan bidət əməldir (dinə gətirilən yenilikdir). Bir sözlə Quranı və "Ya sin" surəsini ölü üçün oxumaq, oxutdurmaq olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bunu etməmiş və bu haqda ondan səhih məlumat da gəlməmişdir. Həmçinin oxuyun: Ölü üçün Ya Sin surəsini oxutmaq olarmı? 

Teqlər: 
Paylaş: