Fiziki qüsuru olan oğlanla ailə qurmaq istəyirəm, anam icazə vermir

    02.09.2014
Sual: 
Assalamualeykum ve rehmetullahi ve bereketuhu. men fiziki qüsurlu olan bir oğlanla ile qirmaq isteyirem özüm normal olsamda Elhemdulilleh ama anama buna görə həmən oğlana hetməyimi isdəmir.ama men Allah üçün onu beyenirem ve qüsurunu demek olarki heç görmürəm mənim üçün gözəllik keçici oıduğunnan heç bir fərq görmürəm.lakin anam bu məsələdə mənə qarşıdı.onu heç cürə razı sala bilmirəm və bir çox dünyəvi məsələlərə görə oğlana narazıdı.mən bu halda yenədəmi ona tabe olmalıyam? axı bunu Allah üçün etmək isdəyirğm birdəki bu evlilik axirətimə də təsiri var.Allah razı olsun
Cavab: 
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Siz əvvəlcə bu barədə bir daha oturub dərindən düşünün, sizə yaxın olan insanlarla məsləhətləşin, qəti qərara gəldikdən və nə etmək istədiyinizə əmin olduqdan sonra bilin ki, dinimizdə nigahın şərtləri vardır. İlk növbədə hər iki tərəfin razılığı vacibdir. Sonra qız tərəfdən vəli (qızın atası, yoxdursa qardaşı, yoxdursa əmisi və ya babası və s.) olmalıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyrub: "Vəlisiz  və iki şahidsiz nigah yoxdur". (İbn Hibban və əl-Beyhaqi).
Vəli icazə versə, bu zaman ailə qura bilərsiniz. Amma ana ilə bağlı da bəzi məsələlər var. Sözsüz ki, ananız sizin xeyrinizi istəyir və o sizdən daha təcrübəlidir, ona görə də, bu evliliyiin sizin üçün həqiqətən də xeyirli olub-olmamasını hərtərəfli düşünməlisiniz. Evlənməyə qərar versəniz, düşünməlisiniz ki, ananızın narazılığı gələcək ailənizə necə təsir edəcək? Onun sizin üzərinizdə təsiri böyükdürmü, gələcəkdə onu da razı sala biləcəksinizmi və s. Həmçinin oxuyun: 
Nikah bağlamağın qaydaları
İstixarə namazı haqqında
Paylaş: