Namazda əlləri sinənin üzərinə qoyraraq bağlamaq düzgündürmü?

    05.09.2014
Kimdən: 
NURAY
Sual: 
men sizin namaz qilmak vidyonuza baxdim eli bagli idi men kitablardan oxumusam ki namaz qilarken elleri bir birinin ustune qoymaq olmas bes siz niye bele vidyo qoymusuz xais edirem suallarima tez cavab yazasiz
Cavab: 

Salam aleykum. Əllərin bağlanması haqda rəy daha güclüdür. Səhl ibn Sə'd (radıyallahu anhu) belə demişdir: “Camaata əmr edilərdi ki, namaz qıldıqda sağ əli sol qolun üstünə qoysunlar.” (Buxari, 740).
Həmçinin, hədislərdən birində Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) demişdir: "Biz peyğəmbərlər toplumu Rəbbimiz tərəfindən üç şeyə əmr olunduq. Namazda sağ əlimizi sol əlimizin üstünə qoymaqla sinəmizin üzərində bağlı tutmaq, oruc tutduğumuz zaman sahuru (səhər yeməyini) gecikdirməyə və iftar açdığımız zaman tələsməyə...".
Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır? 

Teqlər: 
Paylaş: