Səhih Buxaridə Peyğəmbərimizin dəstəmazda ayaqlarını yuması ilə bağlı hədis haradadır?

    11.09.2014
Kimdən: 
Abu bakr
Sual: 
Salam aleykum ve rahamutlah sehih buxaride 1 hedis var Hz eli revayat edir rasullah hi namaz qilmadan evvel ayaqlarini yuduqunu gordum bu hedis necen ci cild ve seyfede yazilib ola biler hedisi tam yazmamiwam ama ele aqlimda qalib
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Osmanın xadimi Humran deyir ki, Osman ibn Affan (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su gətirməyi əmr etdi sonra dəstəmaz almağa başladı, ilk olaraq əllərini üç dəfə yudu, sonra ağzını yaxalayıb, burnuna su aldı, sonra üzünü üç dəfə yudu, sonra sağ əlini dirsəyə qədər üç dəfə yudu, sonra sol əlini də elə yudu, sonra başına məsh etdi, sonra isə sağ ayağını topuqlara qədər üç dəfə yudu, sonra sol ayağını da elə yudu və dedi: Mən, Peyğəmbərin mənim aldığım dəstəmaz kimi dəstəmaz aldığını gördüm. Sonra Rəsuləllah belə dedi: "Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar". İbn Şihab deyir ki, bizim alimlərimiz belə deyərdilər: Namaz üçün alınası ən yaxşı dəstəmaz budur". (Səhih əl-Buxari, 1/ 266/ №: 164; Səhih Muslim, 1/ 204/ №: 226 və hədis də onun tərtibatında əsasən verilmişdir. Əbu Davud, 1/180/ №: 106; ən-Nəsai, 1/ №: 64).

Paylaş: