Qardaşım namazı tərk edib, onun yenidən namaza qayıtması üçün hansı duanı edim?

    14.09.2014
Sual: 
salam.qardasim 2ildirki namaz qilir.ama axir vaxtlar nalayiq yanawir.deyine deyine qilir.qezalari cox olur. son 1aydirki namazi tergidib.hamimiz onun bu hereketinin ne ile neticeleneceyini deyirik ama bizi esitmir.seytan gozunu o qeder kor edibki atama anama mene qarsi cox kobutdu ve getdikce daha coc pislesir.her namazda Allaha dua ediremki qardasima agil versin.size bunu yazib meslehet vermeyinizi istedim.onu duz yola qaytarmaqcun hansi dualari oxuyum?indiden tesekkurler
Cavab: 
Aleykum salam. Bunun üçün xüsusi dua yoxdur. İstədiyiniz kimi dua edə bilərsiniz. İman itaətlə artar, asiliklərlə (günahlarla) də azalar. Ona görə də qardaşınızı günahlardan, günaha aparan vasitələrdən və insanlardan çəkindirməyə çalışın. Həmçinin onu gözəl şəkildə dəvət etməkdə də davam edin. Uca Allah buyurur: "İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (ən-Nəhl, 125).
Qardaşınıza tez-tez namaz qılmayanların və ya qılıb atanların axirətdə şiddətli əzaba düçar ola biləcəyini xatırladın: "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59)
Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: "Mən peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruş­dum: "Hansı əməl daha fəzilətli sayılır?" O (salləllahu aleyhi və səlləm) bu­yurdu: "Namazı vaxtlı-vaxtın­da qılmaq". Mən soruşdum: "Sonra hansıdır?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Va­­li­­deyn­lərin qayğı­sına qal­maq". Mən soruşdum: "Bəs sonra hansı­dır?" O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allah yolunda cihad et­mək". Mən onu yormaq istəmədiyim üçün ona bundan artıq sual vermədim". (Muslim 252).
Həmçinin ona deyin ki, nə qədər ki, ölüm onu yaxalamayıb tövbə edib haqqın yoluna qayıtsın! Uca Allah buyurur: "Sizlərdən birinə ölüm gəlib: "Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!" - deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır". (əl-Munafiqun, 10-11). Həmçinin oxuyun: 
Dinimizdə namazı tərk etmək necə qarşılanır?
Qıldığım namazdan razı deyiləm, nə edim?
Bir insanı günahdan necə çəkindirmək olar?
Teqlər: 
Paylaş: