Uşağa qoyulan adın onun taleyinə təsiri varmı və digər suallar

    11.09.2014
Kimdən: 
leyla
Sual: 
salam.uşaga qoyulan adın onun taleyinə təsiri varmı?hamilə qadın qəbirstanlıga getsə ruhlar ana bətni uşaga təsir edirmi -?və yasinin həftənin 4-5 yox digər günlərində oxumagın ölüyə savabı çatırmı? cavablandırılsa tez digər sualları da bura yazaram.ehtiyacım var.tşk.
Cavab: 

Aleykum salam. 
1) Adların insanın taleyinə, həyatına, onun aqibətinin necə olacağına tam bir şəkildə heç bir təsiri yoxdur. Övlada gözəl ad vermək lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır". (Əbu Nuaym).
2) Ruhlar insana təsir edə bilmir və bu barədə də şəriətimizdə heç bir məlumat verilmir. Ruhlar insanların etdiklərini görmürlər. Çünki onlar bərzəx deyilən ruhlar aləmində qalırlar və bu dünya ilə əlaqələri yoxdur. Uca Allah buiyurur: "Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85).
3) Ümumiyyətlə islamda ölüyə Quran oxumaq düzgün hesab edilmir və bunun ölüyə heç bir faydası yoxdur. Daha ətraflı: 
Quranı oxuyub ölüyə tapşırmaq olarmı? 
Ölü üçün Qurandan istənilən surəni və ya xüsusəndə Yasin surəsini oxutmaq olarmı?

Teqlər: 
Paylaş: