Ailə üzvləri birlikdə camaat şəklində namaz qıla bilərlərmi?

    19.09.2014
Sual: 
salam bilmek isteyirdim ki ana ile ogul bir yerde namaz qila bilerlermi?bir de ki er ve arvad bir yerde namaz qila bilerlermi?
Cavab: 

Aleykum salam. Bəli, qeyd etdiyiniz şəxslər birlikdə namaz qıla bilərlər. Bu zaman kişi öndə imam dayanır, qadınlar isə onun arxasında dayanaraq imama tabe olurlar.
 Rəvayət edilir ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) xalası və möminlərin anası Məymunənin yanında gecələmişdi. İbn Abbas başını yastığın enli tərəfinə qoyub uzandı. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) və ailəsi də başlarını yastığın uzun tərəfindən qoyub yatdılar. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) gecənin yarısı və ya ondan qabaq və ya sonraya qədər yatdı. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) oyandıqdan sonra oturub əlləri ilə üzünü ovuşdurdu və Ali-İmran surəsinin sonundan on ayə oxudu. Sonra ayağa durub asılı vəziyyətdə olan tuluğdakı su ilə gözəl şəkildə dəstəmaz aldı. Sonra namaz qıldı. Abdullah ibn Abbas deyir: “Mən qalxdım və onun etdiyi kimi etdim. Sonra gedib onun yanında (sol tərəfində) dayandım. Allah Elçisi (ona Allahın salavatı və salamı olsun) sağ əlini başımın üzərinə qoydu və sağ qulağımdan çəkdi. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra iki rükət qıldı. Sonra da vitri qıldı və müəzzin gələnə qədər yatdı. (Azan verildikdən sonra) sonra da iki rükət yüngül (qısa) namaz qıldı”. (ən-Nəsəi “Sunən” 1602, 1620, 1631. Hədis səhihdir. Bax: Muxtəsər əş-Şəməil, 224). Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona və anasına, yaxud xalasına namaz qıldırdığını vəsf edərək deyir: "O, məni sağ tərəfində, qadını isə arxamızda dayandırdı". (əl-Buxari, 700). Daha ətarflı: 
Camaat namazı necə qılınır?
Qadınlar kişi imamın arxasında camaat namazı qıla bilərlərmi?

Teqlər: 
Paylaş: