Unudaraq dırnağımda lak olduğu halda namaz qılmışamsa, namazım batildirmi?

    22.09.2014
Sual: 
Salamun aleykum.men namaza baslayandan lakdan istifade etmirdim.övladim dunyaya geldi 40gun qilmadim ve lakdan istifade etdim.qusl alanda yadimdan cixib dirnagimda lak olub .menim qusulum batildimi.birde men 40gunden elave 10gunde namaz qilmamisam(temiz olmadigima gore)qezasin qilmaliyam,Allah razi olsun sizlerden.
Cavab: 

Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan və ya qüsldan əvvəl silinməlidir. Əgər bu unutqanlıqdan dolayı silinməyibsə, qüslunuz batil olsa belə inşallah buna görə sizə günah yazılmaz. Çünki dinimizə görə bilmədən və unudaraq xəta etmək üzürlü sayılır: "...Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!..". (əl-Bəqərə, 286).
"Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Amma xatırladıqda dərhal silib yenidən qüsl və ya dəstəmaz almaq vacibdir.
Nifasın (doğuşdan sonra gələn qan) ən uzun müddəti qırx gün hesablanır. Bu müddət uzanarsa, artıq axan qan nisafdan yox, ümumi xəstəlikdən sayılır və dəstəmaz alıb namaz qılmaq lazım gələcək. Bunu bilərəkdən etməmisinizsə, inşallah günah sayılmaz. Amma siz yenə də hər ehtimala qarşı hər iki əməlinizə görə Uca Allahdan bağışlanma diləyin və Ona tövbə edin. O, tövbələri qəbul edəndir. Həmçinin oxuyun: Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?

Paylaş: