Lotoreyada udulan puldan sədəqə vermək olarmı və digər suallar
Sual:
Assalamu aleykum qardaslar ALLAH sizlerden razi olsun.sualim beledir sizlere insALLAH ki aydin cavab verersiz 1)bir iw yoldawim lotodan pul udub ordan mene pul verse men onu sedeqe kimi kimese vere bilerem?2)Bir namaz qilan qardas var dinde imandadir amma arada onda qeyri adi hallar bas verir deyirler cinlidi yeni arada namaz qilmir hedda ewitmisemki ALLAHI soyur amma bu hallar nedense arada olur onda.Bilmey isteyiremki bele halnan islamdan cixmis olur o??3) qadin destamaz alarken uzunde hec bir kasmetika qalmamalidir yoxsa gozlerinde qala biler?bank kartlariyla faizsiz kanpanialarda nese almaq olar amma faizsiz olarsa ALLAH sizleri qorusun.
Cavab:
Aleykum salam.
1) Dinimizə görə haramdan sədəqə vermək olmaz, sədəqə yalnız təmiz maldan çıxarılır. Ümimilikdə bütün lotoreya oyunları haramdır. Bu oyunlar qumardan sayıldığı üçün onlardan uzaq durmaq lazımdır, çünki Allah Təala qumarı haram etmişdir. Əgər hər hansı bir oyuna azda olsa müəyyən bir vəsait qoyulursa və bundan uduş əldə edilirsə, bu oyunların hamısı qumar hesab olunur. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!" (əl-Məidə, 90).
2) Həmin şəxsin qeyd etdiyiniz kimi xəstəliyi varsa, bu hal üzürlü sayılır. Həmçinin oxuyun: Uzun müddətdir ki, cadudan qurtula bilmirəm
3) Üzə və ya gözə kosmetika, makiyaj çəkilmiş yaxud başqa cür bəzənmiş halda namaz qılına bilir. Bu barədə bir qadağa yoxdur. Yetər ki, örtünməsi vacib olan yerlər örtülmüş olsun. Lakin bir məsələyə sizin diqqətinizi cəlb etmək istərdik. Dəstəmaz vaxtı bədən üzvləri yuyularkən suyun dəriyə çatması şərtdir. Əgər yuyulması vacib olan bədən üzvlərində və ya onların bir hissəsində su ilə dəri arasında bir maneə olub, suyun dəriyə çatmasına əngəl yaradarsa, dəstəmaz səhih olmaz (yerinə yetirilmiş sayılmaz). Belə olduğu təqdirdə kosmetik maddə silinməli və sonra dəstəmaz alınmalıdır. Bura pudra, pomada, yağlı makiyaj, dırnaqları boyamaq üçün laklar və s. kimi qatı, yağlı kosmetik maddələr daxildir. Amma məsələn təbii sürmə kimi maddələr hər nə qədər dərinin üzərini örtürsə də, amma suyun dəriyə çatmasına əngəl deyildir.
4) Cavabı bu linkdən oxuyun: Faizsiz mağazalarda bank kart ilə alış-veriş etmək olarmı?