Namazda əlləri bağlı tutmağa Quran və Sünnədən dəlil varmı?

    02.10.2014
Sual: 
Assalamualeykum quran və sünnədə əlləri bağlı namaz qılnaqla bağlı dəlil varmı? Allah razı olsun
Cavab: 

Aleykum salam. Əli bağlı namaz qılmaq barədə tam olaraq açıq-aydın bir ayə gəlməmişdir. Lakin bəzi təfsirlərdə qeyd olunmuşdur ki, əl Kövsər surəsinin 2-ci ayəsi, namazda əli bağlamağa aiddir. Həmin ayənin açıqlamasını da Əli İbn Əbu Talibdən (Allah ondan razı olsun) götürmüşdülər. Bu barədə səhih hədislərə gəlincə, namazda əlləri bağlayaraq sinənin üzərinə qoyulmasının səbəbi odur ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazda əllərini bağlayaraq sinəsinin üzərinə qoyardı. Vail (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin ustundə olmaqla əllərini sinəsinin uzərinə qoyardı... (İmam Əhməd: "Musnəd" əsəri, 4/317-318). 
Həmçinin İbn Abbas və İbn Ömərdən (Allah onlardan razı olsun) rəvayət olunan) səhih hədislərdən birində Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Biz peyğəmbərlər toplumu Rəbbimiz tərəfindən üç şeyə əmr olunduq. Namazda sağ əlimizi sol əlimizin üstünə qoymaqla sinəmizin üzərində bağlı tutmaq, oruc tutduğumuz zaman sahuru (səhər yeməyini) gecikdirməyə və iftar açdığımız zaman tələsməyə". (əd-Dəraqutni: "Sunən", 1096-1097; əl-Beyhəqi: "əl-Kubra", 2329-8125; ət-Tabərani: "əl-Kəbir" və "əl-Əvsat", 1884-3029-4249; İbn Hibban: "Sahih", 1770; əl-Heysəmi: "Məcməu-z-Zəvaid", 2609; İbn Adiyy: "əl-Kəəmil", 7/48).
Daha ətraflı: Namazda əlləri necə tutmaq lazımdır?

Teqlər: 
Paylaş: