Namaz qılmayıb sadəcə zikr etsəm, zikrlərim qəbul olarmı?
Sual:
Salam.Namaz qilmiram ,amma her gun Allahi zikr edirem,dualar oxuyuram.Indi menem zikrlerim qebuldu,yoxsa yox.Yeni demek istiyirem namaz qilmasam zikrlerim qebul olmur?
Cavab:
Aleykum salam. Uca Allahı zikr etmək gözəl əməllərdəndir və buna görə savab yazılır. Amma onun əmrinə asi olub namaz qılmamaq böyük günahdır. İnşallah, tezliklə namaza başlayın, həmçinin zikrləri də edin ki, Uca Allah da bu əməllərinizin əvəzində sizə çoxlu savab versin. Daha ətraflı:
Namaz qılınma qaydası - VİDEO
Namaz qılmayıb, Cənnətə girmək olarmı?