Əvvəllər günah olduğunu bilmədən masturbasiya edənə günah yazılır?
Sual:
Salamun Aleykum ... mən əvvəllər mastrubasiya ilə məşğul olmuşam ... Lakin bunun günah əməl olduğunu bilmrdim ... sonra öyrəndəndim və 1 aydan artiq dır ki bu işlə məşğul olmuram ... sizcə məndə günah var?
Cavab:
Aleykum salam. Dinimizə görə bilmədən və ya unudaraq edilən günahlar üzürlü sayılır: "...Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!..". (əl-Bəqərə, 286). Həmçinin bir əməlin günah olduğunu bildikdən sonra dərhal tövbə etmək lazımdır. Daha ətraflı cavabı buradan oxuya bilərsiniz:
Bilmədən haram bir əməli etmək günahdırmı?
Tövbəni necə etmək lazımdır?
İslama görə masturbasiya etməyə icazə verilirmi?