İştaham zəifləyib, tənbəlləşmişəm və ailə qurmaq istəmirəm. Bu tilsim ola bilərmi?
Aleykum salam. Tənbəllikdən Allaha sığınmaq lazımdır. Amr ibn Şueyb atasından, o da babasından (Allah onların hamısından razı olsun) peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: "Allahım! Tənbəllikdən və borclu olmaqdan Sənə sığınıram! Dəccal məsihin fitnəsindən Sənə sığınıram! Cəhənnəm əzabından Sənə sığınıram!" (Hədis səhihdir).
Əbu Hureyra (radıyəllahu anhu) rəvayət edir ki, peyğəmbər (salləllahu aleyhi və səlləm) həyatın və ölümün şərrindən, qəbir əzabından və Dəccal məsihin şərindən Allaha sığınardı. (Hədis səhidir).
Ənəs ibn Malik (radıyəllahu anhu) nəql edir ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə deyərdi (dua edərdi): "Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, düşkünlük dərəcəsinə enən ixtiyarlıqda və xəsislikdən sənə sığınıram". (əl-Buxari və Muslim).
Əvvəlcə həkimə müraciət etməlisiniz, əgər heç bir şey tapılmasa, o zaman cadu, gözdəymə və s. ola bilər. Həmçinin oxuyun:
Cadudan necə qorunmaq olar?
Allahın kəlamı ilə müalicə
Gözdəymə haqqında