Kreditə pul götürmək və o pul ilə nəsə almaq haqda...
Sual:
Salam. Anam bu yaxınlarda Bankdan kredit götürmək istəyir. Mən haramdan qorxan və çox narahat olan biriyəm. Mənim namaz qılmaq üçün səccadəm və namaz paltarım yoxdur. Həmin pulla özümə bunları ala bilərəmmi əgər bu pul haram deyilsə? Bir də ki, dəsmalın üstündə namaz qılmaq günahdır? Dəsmal bir az köhnədir. Bu Yaradana qarşı (tövbə əstağfurullah) hörmətsizlik deyil ki?
Cavab:
Aleykum salam. Maddi çətinliyə düşən kimi bankdan kredit götürmək müsəlmanlara yaraşmayan hərəkətlərdəndir. Kredit və ya faizli borc Allahın ən ağır qadağalarından biridir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatə edəndir, Biləndir". əl-Bəqərə, 268). Daha ətraflı:
Kredit götürmək hansı hallarda günah deyil?
Ruzinin artması üçün hansı duanı oxumalıyıq və ya nələr etməliyik?
Haramdan gələn gəlirdən sədəqə vermək və ya o pula nəsə almaq icazəli deyil. Həmçinin namaz qılmaq üçün xüsusi səccadəyə (namaz xalçası) və ayrıca namaz paltarına ehtiyac yoxdur. Namaz xalçası olmadan da istənilən təmiz, murdar şeylərə bulaşmamış şeyin üzərində namaz qılmaq olar. Həmçinin istənilən təmiz və övrət yerlərini örtən paltarda namaz qılmaq icazəlidir.