Qayının yanında hicabı açmaq olarmı və digər suallar
Aleykum salam. Qaynınız sizin üçün naməhrəm olduğu üçün onun yanında hicabı açmaq olmaz. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar" (ən-Nur, 31).
Naməhrəmlə nəinki öpüşüb görüşmək, heç əllə də görüşmək olmaz, çünki bu zinaya aparan yollardandır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir» (Təbarani)
Təyəmmümdən sonra dəstəmaz almaq vacib deyil. Həmçinin oxuyun: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?