Heyz müddəti bitsə də, gələn maye kəsilmir. Hələ gözləməliyəm?
Sual:
Salam. Mən artıq 8 gündür ki, heyzliyəm. Qan yoxdur, amma qəhvəyi rəngli maye də qurtarmır. Bayaq hamama girdim ki, qüsl edim, əmin olmaq üçün istibra etdim (yəni gücənmək yolu ilə) və yenə o açıq qəhvəyi rəngli bulanıq sudan gəldi. Təqlid etdiyim alim deyir ki;
"""Əgər qadın on gün tamam olmamış
paklanıb içəridə qan olduğuna ehtimal verərsə, ya
ibadətlərin ehtiyatən əncam verməli, ya istibra
etməlidir. İstibra etmədən ibadətləri tərk etməsi
icazəli deyil. İstibra bundan ibarətdir ki, fərcinə
bir az pambıq daxil edib, bir müddət gözlədikdən
sonra çıxarmalıdır (əlbəttə, qadınlar arasında adət
sayılan heyz zamanı pak olduqları müxtəsər
miqdardan çox gözləməlidir). Pambıq pakdırsa,
qüsl etməli və ibadətlərini yerinə yetirməlidir.
Əgər pak deyilsə, pambığa sarı rəngli su belə
bulaşmış olsa, əgər heyz də adəti yoxdursa və ya
adəti on gündürsə, ya da adət günləri hələ
tamam olmamışdırsa, gözləməlidir. Əgər on
gündən əvvəl paklanarsa qüsl etməlidir. Müddət
on günə çatmış və ya qanı on gün həddini
keçmişsə, onuncu günün tamamında qüsl
etməlidir. Amma əgər adəti on gündən azdırsa, on
gün tamamlanandan və ya onuncu günün başında
paklanacağını bilirsə, qüsl etməməlidir."""
İndi mən hələ gözləməliyəm?
Gecə qüsl etsəm və səhər o bulaşıqdan yenə gəlmiş olsa girib qüsl etdiyim üçün sübh namazına geciksəm günahdırmı?
Əgər səhərə paklanmış olsam və hər ehtimala qarşı qüsl etməyib gözləmiş olsam və səhər yenə qüsl etməli olduğum üçün sübh namazına geciksəm bu da günahdır? Necə edim ki, yaxşı olsun?
Bir də adət və heyz kəlimələrinin ikisi də eyni anlama gələn ifadə deyilmi?
Cavab:
Aleykum salam. Bu cavabları oxuyun:
Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?
İslamda təqlid varmı?