Fərz namazı nə üçündür?
Sual:
ferz namazi ne ucundur men nece ildirki namaz qiliramm ama ferz namazi qilmiram
Cavab:
Salam aleykum. Fərz (vacib) namazları bütün müsəlmanlara gündə beş dəfə vacib buyurulan namazlardır. Uca Allah buyurur: "Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli (müəyyən) vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisa, 103).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərəndə ona belə demişdir: "Onlara bildir ki, Allah onlara hər gün beş vaxt namaz qılmağı fərz (vacib) etmişdir". (əl-Buxari və Muslim). Daha ətraflı:
Nafilə və fərz namazları nə deməkdir?
Namazın qılınma qaydası - VİDEO