Vitr namazının qəzası necə olur və vitr namazını qılmaq vacibdirmi?
Aleykum salam. Vitr namazını qılmaq vacib buyurlmayıb, təkid olunmuş sünnət namazlarındandır. Bəzi günlər bu namazı qılıb, bəzən qılmayan insana nəsihət etmək lazımdır ki, vitr namazını müntəzəm olaraq qılsın. Bundan əlavə, vitr namazını buraxan insan bunun əvəzinə gün ərzində iki rükət namaz qıla bilər. Çünki peyğəmbər (salləllahu aleyhi və səlləm) bu cür edərdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə əksər vaxt on bir rükət namaz qılardı, hər iki rükətdən sonra salam verərdi, sonda bir rükət vitr qılardı. Lakin yuxu və ya xəstəlik bunu etməkdən onu saxladıqda gündüz on iki rükət namaz qılardı. Aişənin (Allah ondan razı olsun) belə xəbər verdiyi bildirilir: "Yuxu və ya xəstəlik gecə namazını qılmaqdan saxladıqda peyğəmbərimiz gündüz on iki rükət namaz qılardı". (Muslim). Buna əsasən demək olar ki, gecə tək sayta (bir, üç, beş, yeddi və s.) rükət namaz qılan yuxu və ya xəstəlik səbəbindən hansısa gecə namaz qıla bilməyibsə, gündüz bir rükət artıq olmaqla (iki, dörd, altı, səkkiz və s.) namaz qıla bilər.
Həmçinin oxuyun: Vitr namazının hökmü nədir?