Şiə namazı qılmaq günahdırmı?
Salam aleykum.
Bu cavabı oxuyun: Hansı məzhəb düzgündür?
Namaza gəldikdə isə, bütün ibadətlərin qəbul olunması üçün şərtlər -- ibadəti yalnız Allah üçün etmək və Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) etdiyi kimi etməkdir. Uca Allah buyurur: "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
"Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Məni necə namaz qılan görürsünüzsə, siz də o cür namaz qılın!" (Buxari).
Aşağıdakı video səhih hədislər əsasında Peyğəmbərin (sallallahu aleyhi və səlləm) namaz qılma şəklinə uyğun hazırlanıb: Namazın qılınma qaydası - VİDEO
Peyğəmbərin etmədiyi və buyurmadığı bir şeyi isə etmək bidətdir (dində yenilik). Peyğəmbərimiz demişdir: "Kim bizim dinimizdə olmayan bir şey icad edərsə, bu, ondan qəbul olunmaz".