Sübh namazına durmağı niyyət edib yatan şəxs gec durarsa, qəza sayılırmı?

    20.11.2014
Kimdən: 
AXi
Sual: 
Salam aleykum rahmatullahi berakatu. Peygemberimiz (s.a.s) buyurur ki, "Emeller niyyetlere goredir".Bir insan yatmamisdan qabaq niyyet edib ki, subh namazina qalxmaga.Ancaq ele olub ki, seher telefonun sesini esitmeyib yatib qalib.Oyandiqda gorub ki, artiq namazin vaxti cixib.Destamaz alib subh namazini qilib Onun namazi qezaya dusmus sayilirmi?Cunki onun yaymamisdan qabaq niyyeti subh namazina qalxmaq idi.Zehmet olmasa etrafli melumat vererdiniz.Allah razi olsun.Essalamu aleykum rahmatullah.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Şəriətə görə niyyət etməsindən asılı olmayaraq, əgər namazın vaxtı çıxıbsa, bu halda qəza sayılır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu cür öyrədib, namazın vaxtı çıxdıqda niyyətə baxmağı buyurmayıb. Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31). Həmçinin oxuyun:
Sübh namazına gecikirəm
Qəza namazları neçə rükət və nə vaxt qılınır?

Teqlər: 
Paylaş: