Yatanda ruh bədəndən çıxırmı və digər suallar
Aleykum salam. Yatanda ruhun bədəndən çıxması Quran və səhih hədislərdə bildirilmişdir: "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır". (əz-Zumər, 42).
Əbu Qatadə rəvayət edir ki, onlar yatıb qalaraq namazı buraxdıqlarında Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdi: "Həqiqətən, Allah sizin ruhlarınızı istədiyi vaxt aldı və istədiyi vaxt geri qaytardı". (əl-(Buxari).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxudan oyanarkən bu duanı etdiyi rəvayət olunur: "Əlhəmdulilləəhi-l-ləəzii aa'fənii fii cəsədii, va raddə aleyyə ruhii, va əzinə lii bizikrihi - Bədənimə salamatlıq verən, ruhumu mənə qaytaran və mənə Onu yad etməyə izin verən Allaha həmd olsun!" (ət-Tirmizi).
Daha ətraflı: Yuxudan oyanarkən edilən zikrlər
Alimlərə görə yuxu zamanında ruhun bədəndən ayrılması ölüm halındakı kimi tamamilə ayrılma deyil. Ümumiyyətlə, bu sahədə bilgi çox azdır, Uca Allah buyurur: "Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85).
Ətirlənmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsidir, O (salləllahu aleyhi və səlləm), belə demişdir: "Dostum Cəbrayıl (aleyhi-s-sələm) mənə dedi ki, hər gün özünü ətirlə və bu işi xüsusən də cümə günləri tərk etmə". (əl-Buxari, Muslim).
"Mənə dünyadan üç şey sevdirildi: Qadın, gözəl qoxu (ətir) və gözümün nuru namaz". (ən-Nəsai, №: 3939, 8887; əl-Beyhaqi "əs-Sunən" əsəri, №: 1323; Əbu Avənə "Musnəd" əsəri, №: 4021; Əbu Ya'lə, "Musnəd" əsəri, №: 3530; əs-Suyuti "əl-Camius-Sağir" kitabı, №: 3669).
Ancaq müşk vuranda şeytanın qaçmasını dəqiq deyə bilmərik.
Səhv səcdəsi haqqında buradan oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?